17 Ocak 2014 Cuma

Babək haqqında bilmədiklərimiz







Babək haqqında az bildiyimiz

798-ci ildə Ərdəbilin Bilalabad kəndində kasıb bir ailədə oğlan uşağı dünyaya göz açdı. Anası Bərumənd oğlunu Həsən adlandırdı. İslam dininin yeni-yeni bölgələrə yayıldığı bir dönəmdə (valideynləri də təzəcə islamı qəbul etmişlər) uşağın atası oğluna ərəb adını-özüdə kimin adı-Məhəmməd peyğəmbərin böyük oğlan nəvəsi-Xəlifə-İmam Əli ilk övladı, sonralar şiə müsəlmanlarının ikinci İmamı olacaq İmam Həsənin adını verdilər. Sonralar onların daha iki evladı da dünyaya göz açaçaq: Abdulla və Müaviyyə. Valideynəli uşaqlarını müsəlman adətlərinə görə sünnət mərasimini də həyata keçirmişdilər. Lakin valideynlərin xoşbəxt həyatı uzun sürmədi. Balaca Həsən atasını itirdi. Sürtgü yağı ilə alver edən atasını quldurlar öldürdü. Ana-Bərumənd çətin vəziyyətə düşdü. Evladlarını böyütməyə məcbur olan ana çətin həyat tərzinə başladı. Həsən kiçik yaşlarından ailənin dolanması naminə işləməyə məcbur oldu. Çoban, muzdur, Təbrizdə usta köməkçisi, dəvə karvanlarının sarbanı, və s. Bu çətin dönəmdə Həsən dünyanı dərk etməyə başladı. İnsanların ağır həyat şəraiti, ərəb əsarəti, özbaşınalıqlar, qanunsuz vergilər. Həsən başqa din nümayəndələrinin cizyə vergisi ödəməsinin mahiyyətini anladı. Həsən Azərbaycanda hələ də qalan islama qədər hakim din olan Atəşpərəstliklə tanış oldu. Günü-gündən onda ərəb işğalçılarına qarşı nifrət hissi oyanırdı. Gənc oğlan uşaqlıqdan müsəlman kimi böyüməsinə baxmayaraq, valideynlərinin cizyə kimi ağır yükdən xilas olmasını anladı. O, atəşpərəstliyə meyilləndi. Ətrafında çoxlu gizli atəşpərəstlər vardı. Beləcə həyatını keçirən Həsən nəhayət 816-cı ildə Zəncan yolunda qoyun sürüsünü otardığı zaman varlı, imkanlı Bəzz qalasının sahibi Cavidanla tanış oldu. Həsən Cavidan və onun xürrəmi məzhəbi haqqında eşitmişdi. Xürrəmi məzhəbinin atəşpərəstliklə yaxın olması, onun bu məzhəblə yaxından tanış olmasına şərait yaratmışdır. Cavidan elə ilk görüşdə Həsənə valeh oldu. 18 yaşlı gənc, hündürboylu, idman quruluşlu, nurani baxışı, duruşu, danışığı onu valeh etməyə bilməzdi. Cavidan ərəb əsarətinə qarşı Əbi İmranla birlikdə xürrəmilərə başçılıq edirdi. Ona Həsən kimi cəngavərlər lazım idi. Elə onun üçün də ona xürrəmilərə qoşulmağı təklif etdi. Ağlında hər an ərəb əsarətinə qarşı nifrəti olan Həsən bu təklifi qəbul etdi, fikirləşmədən belə. Cavidan Həsəni Bəzz qalasına (müasir Cənubi Azərbaycanın Qaradağ bölgəsi) gətirdi. Burada o, ilk dəfə xürrəmilərlə tanış oldu. Burada o, bu məzhəbin mahiyyətini dərk etdi. Burada o, Zərnisə ilə tanış oldu. Zərnisə Cavidanın həyat yoldaşı idi. Lakin buna baxmayaraq o, içərisində alovlanan, elə ilk baxışlarından Həsənə aşiq olan duyğusunu içərisində saxlayamadı. Sanki Zuleyxa Yusif peyğəmbərə vurulmuşdu. Həsən isə Cavidana sadiq qalaraq Zərnisədən uzaq olmağa çalışırdı. Beləcə Həsənin Bəzz qalasında günləri başladı. O, xürrəmilərin daxilində ziddiyyətlərin olduğunu, xalqın bütün təbəqələrinin bu mübarizəyə qoşulmamasının, feodalların şəxsi marağı naminə hərəkata yxınlaşmasını gördü. Mübarizənin ardıcıl aparılmaması, bir yerdə qalxan üsyanın digər yerlərdən dəstək gəlməməsi mübarizənin məğlubiyyətinin başlıca səbəbləri idi. Nəhayət ziddiyyətlər son həddə çatdı : Cavidan və Əbu İmran tək-bətək döyüşdə bir-birlərini ölümcül yaraladılar. Mənbələr ölüm yatağında Cavidanın yanında yalnız Zərnisənin olduğunu məlumat verir. Cavidanın son sözləri isə Zərnisə xürrəmilərə belə çatdırdı : Mən gedirəm, lakin mənim ruhum Həsənlə qalacaq. Bunu müzakirə edən xürrəmilər Həsənin rəhbər seçilməsi üçün iki yerə bölündülər : 
Birincilər onun xürrəmilərə cəmi 3-4 ay vaxt ərzində qoşulmasını, çox gənc olmasını bildirərək onun bu vəzifəyə hələ layiq olmamasını bildirdilər. 
İkincilər isə tam əksinə Cavidanın ruhuna hörmət əlaməti kimi Cavidanın son sözlərinə hörmət əlaməti kimi Həsənin seçilməsini tələb etdilər. 
Müzakirələrin sonunda Həsənin tərəfdarları üstünlük gəldi. Həsən Bəzz qalasının yeni sahibi və Xürrəmi icmasının başçısı təyin olundu.
Beləliklə cəmi 18 yaşında Xürrəmilər hərəkatına rəhbər seçilən Həsəni qarşıda böyük işlər gözləyirdi. Həsən ilk növbədə xürrəmilərin daxilində tüğyan edən çəkişmələrə son qoydu, daxili birlik yaratdı, bütün təbəqələri vahid düşmənə qarşı birləşdirdi, xalqı ümumi əsarətə qarşı səfərbər etdi. Xürrəmilər İslamın bəzi ehkamlarına qarşı çıxış edirdilər. Onlar İslamı yadelli dini kimi qələmə alır və ona qarşı atəşpərəstliyi, məzdəkiliyi, xürrəmiliyi qoyurdular. Ərəblərin həyata keçirdiyi soyğunçu siyasət əhalini ağır vəziyyətə salmışdı. Bir zadəganlar isə onların imtiyazlarının və torpaqlarının əllərindən alınması ilə barışa bilmirdi. Belə bir şəraitdə Həsən qəti bir tədbir görməli idi.
İslamın bəzi ehkamlarına qarşı çızış edən Həsən də xalqı xürrəmiliyə və atəşpərəstliyə çağırırdı. Özünü xürrəmi kimi başçı hesab edən Həsən, artıq fanatik bir atəşpərəst idi, xalqının islama qədər ki dininin müdafiəçisi idi. Onun üçün ona Həsən adı-müsəlman adı lazım deyildi. O, yeni ad qəbul etməli idi. Bu ad isə xalqı mübarizəyə qaldırmağa bir inam olmalı idi. Həsən atəşpərəstlik dinin əsas müdafiəçilərindən biri hesab edilən Sasanilər imperiyasının banisi Ərdəşir Papaqanınadını qəbul etməyə qərar verdi. Sadəcə -Papaqan-. Nəzərə alsaq ki, xürrəmilər hərəkatı haqqında əsas mənbələr ərəb mənbələridir, onda nəticə çıxarmaq asanlaşır. Ərəbcə -p- hərfi yoxdur. Ərəblər bu hərfi -b- ilə əvəz edirdilər. Yəni qısaca -Babak- və tədricən -Babək-. 
Bəzi tarixçilər bu adı Babəkin gəncliyi ilə əlaqələndirirlər. Yəni gənc yaşlarından xürrəmilərə başçılıq edən Həsəni -Bəbək- adlandırmışlar. Ancaq bu az inandırıcı səsləndirilə bilər. 

Babəkin xürrəmilər başçılıq etdiyi dövrdə (816-837) Xilafətin 6 nizami ordusu məhv edildi, neçə min əsgər, neçə yüz sərkərdə???? Bu gedişatda o Zərnisə ilə də evləndi, lakin mənbələr məlumat verir ki, onun başqa arvadları da olmuşdur. Lakin hər bir uğurlu başlanğıcın məntiqi sonluğu olur. Doğrudur sonunda Babək Samirə şəhərində 838-ci ilin martın 14-də zülmlə edam edildi - balta ilə bədən hissələrini-əl, ayaq və başını doğradılar. Özüdə bütün bu edam mərasimində o, bir dəfə də olsun belə qışqırmadı, ağlamadı, əksinə böyük rəşadət göstərdi, düşmən gözünə, xəlifə Mötəsimə, vaxtilə özünün cəlladı olmuş Nudnudaya şərəflə baxdı, qəhrəmancasına həlak oldu. Onun kəsilmiş başını Xorasan üsyançıların nümayiş etdirdilər (onları qorxutmaq üçün), bədənini hündür bir yerdən Samirədə asdılar. Ərəb mənbələri bu səhnəni dəhşətli mənzərə iləxəbər verirlər. Bir sıra ərəb əyanları onu ən böyük kafir elan edərək edam kürsüsünə axıdılmış qanından dəstamaz aldılar. Babək hətta edam mərasimində ərəbləri qorxuya salmışdır. Sol əli biləyindən kəsildiqdə o, sağ əli ilə əlini axıdılan qanına sürtərək sifətini qana buladı. Xəlifə Mötəsimin bunu nə üçün etdiyini soruşduqda isə, Babək demişdi : İnsanın qanı azaldıqda rəngi saralır. Saralmaq isə düşmən qarşısında qorxaqlığı bildirər. Siz isə elə bilərsiniz ki, məm qorxumdan saralıram, onun üçün üzümə qan çəkdim ki, saralmağımı görməyəsiniz. Babəkin son sözləri Azadlıq, Azərbaycan, Vətən və s. olmuşdur. 

Hiç yorum yok:

Yorum Gönder